"Hazırkı münaqişə dünya diplomatiyasının uğursuzluğudur" – Rusiyalı politoloq
Siyasət 478

"Hazırkı münaqişə dünya diplomatiyasının uğursuzluğudur" – Rusiyalı politoloq

"Hazırkı münaqişə dünya diplomatiyasının uğursuzluğudur" – Rusiyalı politoloq


"Yaranmış vəziyyət belə deməyə əsas verir ki, dünya diplomatiyası tamamilə uduzub. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Mövlud Çavuşoğluna, Ceyhun Bayramova və Zöhrab Mnatsakanyana zəngləri haqqında isə onu deyə bilərəm ki, artıq gecdir. Əgər şiddətli döyüşlər gedirsə, diplomatlar nə edə bilər?"

"MediaPost" xəbər verir ki, bu fikirləri rusiyalı politoloq Stanislav Tarasov deyib.

O, Azərbaycanda təhsil alan, lakin sonradan öz baxış və fəaliyyətini ona çörək verən dövlətə qarşı yönəldən, ermənipərəst mövqeyi ilə hamımıza yaxşı tanış olan, hətta Dağlıq Qarabağ ərazisində ermənilərin təşkil etdiyi tədbirdə iştirak etdiyinə görə adı Azərbaycan Xarici İşlər Nazirliyinin “qara siyahısına” salınan biridir. Yəni necə deyərlər, “çörəyi dizinin üstündədir”.

Bugünkü mövzumuz onun Azərbaycana qarşı olan mövqeyi haqqında deyil, sentyabrın 28-də erməni xəbər agentliklərindən birinə verdiyi müsahibəsindən danışacağıq.

Ermənipərəst politoloq deyib ki, hazırda Rusiya Ermənistandan bir qədər uzaqlaşıb və Rusiyanın Xarici İşlər naziri səviyyəsindən yuxarı rəsmilərin bəyanatlarının olmaması bunun təsdiqidir.

Digər maraqlı iddia Rusiyanın Ermənistana yalnız ölkə ərazisinin sərhədləri çərçivəsində dəstək verməyə hazır olmasıdır. Bu da onun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində bilavasitə öhdəliyidir. Lakin Dağlıq Qarabağ məsələsinə gəldikdə, Ermənistan bu problemi özü həll etməlidir.

Türkiyənin Azərbaycana göstərdiyi dəstək haqqında danışan politoloq qeyd edib ki, Azərbaycan masa arxasında heç bir nəticə əldə olunmayacağını bilirdi. Bu səbəbdən də Azərbaycan hərbi əməliyyata başladı.

Ən maraqlısı isə odur ki, erməni jurnalistin “2016-cı ilin aprelində Rusiyanın fərqli strategiya ilə hərəkət etməsi, Ermənistana daha yaxın olması və KTMT üzvü kimi öz vəzifəsinin icrası” ilə bağlı sualına Stanislav Tarasov çox maraqlı cavab verib.

“2016-cı ildə biz İrəvanda idik və o vaxt erməni tərəfi bizi (Rusiyanı) erməni ordusuna mane olmaqda ittiham edirdi. Çünki o ərəfədə biz döyüşlərin dayandırılması üçün tərəflər arasında danışıqlar aparırdıq. Lakin bu dəfə biz deyirik – buyurun, nə qədər istəyirsiniz, o qədər də hücum edin. Sonra deməyin ki, biz sizi saxlamışıq” – politoloq deyib.

“Problemin bu həddə çatmasını istəməsək də, öz problemlərinizi özünüz həll edin. Türkiyənin qarışmaması üçün əlimizdən gələni edəcəyik, lakin Azərbaycanla probleminizi özünüz həll edin. Rusiyanın da təbii ki, öz maraqları var və bu, başa düşülməlidir” – politoloq əlavə edib.

Ermənistanın Dağlıq Qarabağın müstəqilliyini tanıması məsələsinə də toxunan politoloq deyib ki, bu addım Ermənistan üçün tamamilə bəlli olmayan nəticələr verəcək və danışıqlar prosesini digər müstəviyə keçirəcək. Eyni zamanda, belə olan halda Ermənistan ATƏT-in Minsk Qrupu ilə vidalaşmalıdır.

Gördüyünüz kimi, Ermənistanın məntiqsiz siyasəti və addımları, hamıya lazım olduğu haqqında nağılı artıq çoxuna aydındır. Hətta Rusiyaya – hansı ki bu dövlət otuz ildir işğalçıların oyunlarını ört-basdır edir.

Bizdən isə erməni xalqına həmişəki kimi məsləhət: 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnüt əməliyyatı, 2020-ci ilin iyulu, hazırkı döyüşlər – hər birində siz və ordunuz uğursuzluğa düçar olmusunuz. Çünki “ay məni burax, gedim Azərbaycanı darmadağın edim” siyasətiniz işləmir və işləməyəcək. Ölkə Prezidenti İlham Əliyev əbəs yerə deməyib ki, kişisənsə, gəl, təkbətək döyüşək. Vəziyyət gördüyünüz kimidir. Buyurun, döyüşün. Bacarırsınızsa!

Son xəbərlər