27
октября
2016
22:40
Ələt-Astara yolunun bağlanması ilə bağlı RƏSMİ AÇIQLAMA
Ələt-Astara avtomobil yolunun bir hissəsində hərəkət dayandırılıb.
Baş Dövlət Yol Polisi İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən 127,2-ci km-də Alar qəsəbəsini sel sularının basması təhlükəsi yarandığından yolun hərəkət hissəsinin qazılmasına zərurət yaranıb. Bu səbəbdən həmin ərazidə nəqliyyat vasitələrinin alternativ olaraq istiqaməti dəyişdirilib.
Belə ki, hər iki istiqamətə gedən mink avtomobilləri Üçtəpə-Ocaqlı kənd yollarından keçməklə hərəkətlərini davam etdirə bilirlər, lakin bütün növ yük avtomobillərinin qeyd olunan istiqamətlər üzrə hərəkəti müvəqqəti olaraq dayandırılıb.