14
сентября
2020
14:57
SON DƏQİQƏ! Azərbaycanlı xanəndə qəflətən öldü - FOTO
Ukraynada yaşayan azərbaycanlı xanəndə dünyasını dəyişib.
MAY.AZ baku.ws-ə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayət təşkilatının sədri Qüdrət Hacıyev bildirib. Diaspor nümayəndəki qeyd edib ki, xanəndə Elbrus Məmmədov qəfildən keçinib:
"Ukrayna azərbaycanlılarının sevimlisi, gözəl insan, gözəl xanəndə Elbrus Məmmədov gözlənilmədən dünyasını dəyişdi. Çox təəssüf. Nə qədər həyatda varıq, həmişə qəlbimizdə yaşayacaqsan, gözəl insan. Allah rəhmət eləsin".