13
сентября
2020
12:28
Koronavirusu ilk analiz edən mütəxəssisdən ŞOK ETİRAF: Heyvanlardan keçmir
Yeni tip koronavirusu analiz edən ilk elm adamlarından biri olan və pandemiyanı elan etmək üçün ABŞ-a qaçmağa məcbur qalan çinli virusoloq Li Menq Yan şok iddia səsləndirib.
Mütəxəssis koronavirusun laboratoriya məhsulu olduğunu deyib.
O, komandası ilə birlikdə hazırladığı sənədi yayımlayacaqlarını bildirib: “Sənədi yaxın zamanda dünya ilə bölüşəcəyik. Detallı elmi dəlillərlə xəstəliyin nədən yarandığını, heyvanlardan keçən infeksiya olmadığını göstərəcəyik”.
Daha əvvəl “Fox News”a açıqlama verən Menq Yan koronavirus pandemiyasının tarixdəki ən böyük pandemiya olduğunu söyləmiş, yayılma tarixinə isə xüsusi diqqət çəkmişdi.(publika)