29
августа
2020
20:46
İnsan beyninə BU MİKROÇİP yerləşdiriləcək - İlon Mask TƏQDİM ETDİ - FOTO
"Tesla" və "SpaceX" şirkətlərinin baş direktoru, milyarder İlon Mask "Neuralink" şirkəti tərəfindən hazırlanan, insan beyninin nəzarətini təmin edən mikroçipin təqdimatını edib.
BiG.AZ-ın Sonxeber.az-a istinadən verdiyi xəbərə görə, Mask "Neuralink" şirkətinin illərdir üzərində işlədiyi beyin implantını təqdim edərkən bildirib ki, bu texnologiya yaddaş itkisindən depressiya və görmə pozğunluğuna qədər müxtəlif nevroloji problemləri və onurğa zədələrini həll etmək, musiqini birbaşa beyinə ötürmək və ya klaviaturaya toxunmadan düşüncə gücü ilə yazmaq üçün istifadə edilə bilər.
Mask tərəfindən təqdim olunan "LİNK" adlı mikroçip bir qəpik ölçüsündədir. Qurğu insan tükündən dörd dəfə nazik olan 4 elektrod ipindən və qulaqların arxasına yerləşdirilmiş bir çipdən ibarətdir.
Mask çipin "ağıllı saat"dan gözlənilə bilən bütün xüsusiyyətlərə sahib olduğunu və induktiv olaraq enerji yığdığı söyləyib.
Çip "Tesla" avtomobillərinin avtopilotunu idarə etmək üçün də istifadə oluna bilər.
Mask, çipin ambulator bir prosedurla bağlana biləcəyini, lakin elektrodları beyinə qan damarlarına zərər vurmayacaq qədər dəqiq yerləşdirə bilən bir robota ehtiyac olduğunu vurğulayıb.
İmplantın işləmə prinsipi mikroçipin taxıldığı donuz üzərində göstərilib. İnsan beyninə isə bu mikroçip hələ qoşulmayıb.
Maskın sözlərinə əsasən, ən böyük problemlərdən biri çipin on illərlə istifadə edilməsi üçün korroziyanın qarşısını almaqdır. Bu səbəbdən "Tesla" və "SpaceX"in qurucusu keçən ay "Twitter"də "Neuralink" üçün mütəxəssis axtardığını elan edib.
"Web Tecno"dakı məlumatlara görə, "Neuralink" texnologiyasının xüsusiyyətləri bunlardır:
- Batareya 1 gün dayanmadan çalışa biləcək;
- Cihazın diametri cəmi 23 mm, qalınlığı 8 mm olacaq.
- Birbaşa kəllə sümüyünə yerləşdiriləcək;
- Temperatur və təzyiqi ölçə biləcək;
- Lazer göz əməliyyatı kimi asan tətbiq olunacaq;
- İnfeksiya riski olmayacaq ,
- Cihazın kabelləri tükdən nazik olacaq;
- Uzun kabellər, nəhəng sensorlar olmayacaq;
- Cihaz internetə qoşula bilən hər cür elektron cihazların beyin siqnalları ilə idarə olunmasına imkan verəcəkdir.