Rövnəq Abdullayev: “Qazın xodunu almaqdansa, pəncərəni açıq saxlayırlar...”
Sosial 1 111

Rövnəq Abdullayev: “Qazın xodunu almaqdansa, pəncərəni açıq saxlayırlar...”

Rövnəq Abdullayev: “Qazın xodunu almaqdansa, pəncərəni açıq saxlayırlar...”


SOCAR prezidenti Rövnəq Abdullayev bir neçə gündür ki, ölkə ərazisində qazın təzyiqi ilə bağlı yaranan problemə münasibət bildirib.

"Qafqazinfo"nun müxbirinin sualını cavablandıran Abdullayev hər hansı bir problemin olmadığını qeyd edib:

"Azərbaycanda qış rejiminə keçid noyabrın 1-də baş verir. Yayda isə qazın təzyiqi aşağı salınır. Hər il qış rejiminə keçiddə təzyiq 3 dəfə artırılır. İndi bir neçə gündən sonra hava istiləşəcək, temperatur qalxsa da, insanların qaza olan təlabatı qış rejimindəki kimi qalır. İnsanlar qazın xodunu almır, əvəzində pəncərəni açıq saxlayır. Keçən ildən anbarlarda qaz ehtiyatlarımız var. Qaz təminatında elə bir problemimiz yoxdur".

SOCAR rəhbəri həmçinin qeyd edib ki, 15 gündür ki, Azəriqaz qış rejiminə keçidlə bağlı məsələlərə başlayıb:

"Artıq qurum bir neçə günə qış rejiminə tam hazırlıqlı olacaq".

Son xəbərlər