16
июня
2023
21:09
Qadınlar 30 - 40 yaşından sonra necə qidalanmalıdırlar?
Qida qəbul etmə, qəbul edilən qidaların balanslaşdırılması insanın sağlm həyat tərzi sürməsi və sağlam yaşaması deməkdir. Yaş artdıqca isə insanlar qəbul etdikləri qidalara diqqət yetirməlidirlər.
Qadınlar 30 yaşlarında necə qidalanmalıdırlar?
30 yaşında olan qadınlar tərəvəzlərin qəbuluna, faydalı yağlara və tərkibində dəmir olan qidalara üstünlük verməlidirlər. Bu yaşda həm uşaq böyütmək, həm də işləmək qadının enerjisini alır. Bu yaş dövründə qadınlar balanslaşdırılmçış qida və yuxu rejiminə riayət eləməlidirlər. 30 yaşlarında olan qadınlar tərkibində nişasta olan qidaları menyudan çıxarsalar yaxşı olar . Bu dövrdə qadınlar oprqanizm üçün faydalı olan yağlarla qidalanmalı və çoxlu miqdarda tərəvəz qəbul etməlidir. Bu yaş dövrlərində uşaq doğan qadınların qanında fol turşusunun miqdarı azala bilir. Bu səbəbdən də mütəxəssislər qadınlara tərkibində dəmir olan qidalarla qidalanmağı məsaləhət bilir. Bir-neçə dəfə doğan qadınlara isə D vitamini qəbul eləmək məsləhət görülür. Qırmızı ət və göyərti yemək bu yaşda olan qadınlar üçün çox faydalıdır.
Qadınlar 40 yaşlarında necə qidalanmalıdır?
40 yaşında olan qadınlar qida rasionlarından rafinə edilmiş şəkəri çıxarmalıdırlar. Bu dövrdə qadınlar orqanizmin ehtiyacı olan şəkəri karbohidratlardan, kartofdan almalıdır. 40 yaşından sonra qadınlar qidalarına daha çox diqət yetirməlidirlər. Bu yaş dövründə qadınlar şəkərdən və tərkibində nişasta olan qidalardan uzaq durmalıdırlar. Qida rasionunda duzun miqdarının azalması da 40 yaşlı qadınlar üçün mühümdür. Çünki qadınlarda bu yaşdan sonra təzyiq xəstəliyinə tez-tez rast gəlinir. Mütəxəssislər bu yaş dövründə olan qadınlara antioksidantlar qəbul etməyi, meyvə-tərəvəz qəbul etməyi və yaşıl çay içməyi məsləhət bilirlər.
Ülkər Rəhmanqızı