17
августа
2020
14:48
Bakıda yağışın yağması ilə evləri su basdı
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda fərdi yaşayış evinin həyətyanı sahəsi yağan yağışlar səbəbindən su ilə dolub, nəticədə 4-ü azyaşlı olmaqla 6 nəfər köməksiz vəziyyətdə qalıb.
Nazirlikdən BiG.AZ-a verilən məlumata görə, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən vətəndaşlara müvafiq köməklik göstərilib.