15
августа
2020
20:45
TƏBİB yoluxma sayında artım olmasına münasibət bildirdi
"Gündəlik yoluxma sayında kiçik artmalar vətəndaşları narahat edir. Halbuki müəyyən açılma olduqda rəqəm artımı gözlənilən idi. Bu artımı nəzarət altında saxlamaq da bizdən asılıdır".
MAY.AZ xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
Y.Qarayeva qeyd edib ki, çarpayıların doluluq səviyyəsi Bakıda 24%, regionlarda 11%, ümumi ölkə üzrə isə 14% təşkil edir:
"Bu gün yoluxan xəstələrə tibbi xidmət göstərməyə hazırıq və çarpayı baxımından hər hansı problem yoxdur".