15
августа
2020
19:40
Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən azaldı
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 89 yeni yoluxma faktı qeydə alınıb, 207 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BiG.AZ-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 34 107 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 31 697 nəfər müalicə olunaraq sağalıb, 506 nəfər vəfat edib, 1 904 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 041, bu günə qədər isə ümumilikdə 826 043 test icra olunub.