08
октября
2016
23:19
Ev tikmək üçün prosedur asanlaşır -VİDEO
Fərdi evlərin tikintisi daha dinamik şəkildə aparılacaq. Bununla bağlı Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik olacaq.
May.Az xəbər verir ki, hazırda mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan evlərin tikintisi üçün icra hakimiyyəti orqanlarından icazə tələb edilmir. Sadəcə müvafiq qurumlara məlumat verilməlidir.
Yəni 1 ay ərzində tikinti üçün xüsusi irad olmurdusa, vətəndaş inşaata başlaya bilərdi.
Milli Məclisdə müzakirəyə çıxarılacaq yenilik qəbul edilsə, sözügedən 1 aylıq müddət də qısalacaq.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlının sözlərinə görə, təkliflər qəbul edilərsə, bu zaman sözügedən parametlərdə olan fərdi evlərin tikintisi daha güclənə bilər.(xezerxeber.az)
Sözü gedən videonu sizlərə təqdim edirik: