14
июля
2020
13:19
Körpələrin koronavirusu məğlub edə bilməsinin səbəbi tapıldı
Koronavirusdan sağalan anaların südündə xəstəliyə qarşı anticisimlər aşkar edilib.
MAY.AZ oxu.az-a istinadən xəbər verir ki, bu barədə Pekin Biotexnologiya İnstitutunun alimlərinin apardığı araşdırmadan və Kaliforniyadakı Merced Universitetinin mütəxəssislər qrupunun Sinay dağındakı İkan Tibb Məktəbi ilə birgə həyata keçirdikləri tədqiqatlardan sonra məlum olub.
Alimlərin fikrincə, ana südündə mədə şirəsi ilə emal edildikdən sonra belə həzm sistemində sağ qala bilən xüsusi anticisimlər var. Elm adamları körpələri koronavirusdan məhz bu anticisimlərin qoruduğuna inanırlar.
Mütəxəssislər nəzəri olaraq ana südünün koronavirusun müalicəsində istifadə edilə biləcəyini də qeyd ediblər.
Ancaq bunun qarşısını alan amillər var. Onların fikrincə, belə bir vasitənin dəyəri əsassız yüksək olacaq. Eyni zamanda, südün tərkibində virus da ola bilər.