"Hal-hazırda vəziyyətə baxılır və ona uyğun qərar veriləcək"
Xeberler 622

"Hal-hazırda vəziyyətə baxılır və ona uyğun qərar veriləcək"

"Hal-hazırda vəziyyətə baxılır və ona uyğun qərar veriləcək"


Ölkəmizdə koronavirusa yoluxanların sayı günü-gündən artmaqda davam edir. Müşahidə olunan artıma əsasən mütəxəssislər ölkədə ikinci dalğanın qaçınılmaz olduğunu bildirirlər. Lakin, bir tərəfdən də karantin rejimindən mərhələli çıxış mexanizmləri tətbiq edilir. Artıq metro yenidən sərnişinləri qəbul edir və Bakıda quraşdırılan postların sayı minimuma endirilərək 18-ə çatdırılıb.

Məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın rəsmisi İbrahim Məmmədova müraciət etdik.

O, Yeniavaz.com-a açıqlamasında karantin rejiminin yumşaldılmasının həyatın normallaşmasına faydası olduğunu bildirdi: "Hal-hazırda vəziyyətə baxılır və ona uyğun qərar veriləcək. Son günlər koronavirusa yoluxma tendensiyalarında azalma müşahidə olunur. Əvvəlcə 143, sonra 97, daha sonra da 70 nəfərdə koronavirusa yoluxma oldu. Yəni, 3 gündür artıq azalma var. Burada əsas azalma tendensiyasıdır".

İbrahim Məmmədov eyni zamanda karantin rejiminin yenidən sərtləşdirilmə ehtimalının olub-olmaması barədə də danışdı: " O barədə indidən söz demək tezdir. Yəqin ki, müşahidə olunan tendensiyaya uyğun qərar qəbul ediləcək".

Son xəbərlər