11
мая
2020
15:48
İmmuniteti qorumağın ƏN ASAN YOLU
Sağlam yuxu insanın immunitetini gücləndirir.
BiG.AZ-ın "RİA Novosti"-yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın 1 nömrəli poliklinikasının diyetoloqu Vera Şaroşkina danışıb.
Onun sözlərinə əsasən, insan gün ərzində azı 6 saat yatmalıdır, əksər insanlara isə yuxudan doymaq üçün 7-8 saat lazımdır.
Bu müddət ərzində bədəndə kifayət qədər melatonin immunostimulyatoru istehsal olunur.
Diyetoloq koronavirusun yayıldığı dövrdə fiziki aktivliyə diqqət yetirməyin vacibliyini də vurğulayıb. Onun sözlərinə əsasən, bu, stress və narahatlıq hissini azaldır.
Doktor eyni zamanda düzgün, balanslı qidalanmaya da diqqət yetirməyin əhəmiyyətindən danışıb. Xüsusilə şirniyyatda olan sadə karbohidratlar bədənin immunitet reaksiyasını azaldır.
Şaroşkina, həmçinin, qeyd edib ki, hazırda qidalanmayla bağlı hər hansı bir təcrübə aparmağın, aclıq və diyetaların vaxtı deyil.
Həkim şirniyyat sevənlərə tərkibində vitamin və lif olan meyvələrdən istifadə etməyi məsləhət görüb.
Natəvan Baxşiyeva