02
апреля
2020
16:22
Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti ilə məşğul olan 15 nəfər müəyyən edilib
Ötən il qeyri-leqal miqrasiyanın qarşısının alınması istiqamətində keçirilmiş tədbirlər nəticəsində 58 nəfər qeyri-leqal miqrant, qeyri-qanuni miqrasiya ilə məşğul olan 6 qrup zərərsizləşdirilib.
BiG.AZ Trend-ə istinadən bildirir ki, bu barədə Nazirlər Kabinetinin 2019-cu il üzrə hesabatında qeyd olunub.
Azərbaycan Respublikasına qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkarlanmsı istiqamətində 2019-cu ildə aparılan tədbirlər nəticəsində müqabil dövlətlərin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda 15 nəfər (12 Azərbaycan Respublikası, 1 Rusiya Federasiyası, 1 İran İslam Respublikası, 1 Gürcüstan vətəndaşı) və əməkdaşlığa cəlb edilmiş 1 nəfər (Azərbaycan Respublikası vətəndaşı) barədə məlumatlar əldə olunub, onlardan 6 nəfər barədə aidiyyəti dövlət orqanları məlumatlandırılıb.