18
марта
2020
16:57
Putin: "Koronavirus tədbirlərinə anlayışla yanaşın"
Hökumət üzvləri ilə görüşdə Rusiya lideri Vladimir Putin vətəndaşlardan "COVID-19" koronavirus infeksiyası ətrafındakı vəziyyətlə əlaqədar hökumət tərəfindən görülən tədbirlərə anlayışla yanaşmalarını istəyib.
MAY.AZ-ın RT-yə istinadən verdiyi xəbərə görə, dövlət başçısının koronavirusla mübarizə tədbirlərinin mülkiyyət və idarə səviyyəsindən asılı olmayaraq bütün təşkilatlar və hökumət idarələri tərəfindən həyata keçirilməli olduğunu vurğulayıb.
“Burada ən ciddi və sərt nəzarəti təmin etmək lazımdır. Ölkə vətəndaşlarından xahiş edirəm, atılan addımlara anlayışla yanaşsınlar. Hazırda həmrəyliyimiz, birliyimiz, məsuliyyət və nizam-intizam, bir-birimizə dəstək əvəzolunmazdır. Yəni böyük bir ailədə olunduğu kimi, bizə hər cür çətinliyi dəf etməyə imkan verən keyfiyyətlər. Aydındır ki, indi işləri bütün səviyyələrdə birlikdə yoluna qoymalıyıq. Birlikdə bu problemi həll etməliyik, yaşlılara, yaşlı valideynlərimizə və uşaqlara xüsusi qayğı göstərməliyik. Onları mümkün qədər qorumaq üçün hər şeyi etmək lazımdır", - deyə Putin vurğulayıb.
Görüş zamanı Putin, həmçinin, Rusiyada "COVID-19"un yayılması ilə bağlı vəziyyətin nəzarət altında olduğunu qeyd edib.
Natəvan Baxşiyeva