Четверг
янв 11

Putin yumurtanın bahalaşmasının səbəbini açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin ölkədə yumurtanın qiymətinin bahalaşmasının səbəbini açıqlayıb.


"Qafqazinfo" TASS-a istinadən xəbər verir ki, o bu barədə Uzaq Şərq Federal Dairəsinin sahibkarları ilə görüşündə danışıb.


Onun sözlərinə görə, hökumət yumurtanın qiymətinin artmasını dayandırmaq üçün vaxtında idxala başlamayıb. Putin qeyd edib ki, əhalinin gəlirləri az da olsa artıb və nəticədə istehlak da artıb: "Bizdə istehsal həcmi azalmayıb. İnsanlar daha çox yumurta, toyuq əti almağa başlayıb. Hökumət isə idxala vaxtında başlamaq barədə düşünməyib və nəticədə qiymətlər artıb. Buna görə də, çox diqqətli olmaq lazımdır".


Xatırladaq ki, "Rosstat"ın məlumatına görə, ötən ilin əvvəlindən Rusiyada yumurtanın qiyməti 52,94 % artıb. 2023-cü il dekabrın 12-dən 18-nə qədər isə yumurtanın qiyməti 4,62 faiz bahalaşıb. Bu dövr ərzində ölkədə 10 yumurtanın pərakəndə satış qiyməti 121,8 rubl (təqribən 2,30 AZN) təşkil edib. Bu qiymət səviyyəsi Rusiyada son 10 ildə qeydə alınan rekord göstərici hesab olunur.

Комментарии (0)

Оставить комментарий