21
февраля
2020
15:35
Bakıdan Türkiyəyə uçan təyyarə məcburi eniş etdi
Bakıdan Alanyaya uçan təyyarə Ankarada məcburi eniş edib.
Bununla bağlı “Buta Airways” məlumat yayıb:
“Alanyanın hava limanında (GZP) qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq “Buta Airways”in saat 07:39-da Bakıdan yola düşən J2 9111 nömrəli aviareysində hava gəmisinin kapitanı Ankaranın Esenboğa hava limanına (ESB) məcburi eniş etmək qərarı alıb. Reys Bakı vaxtı ilə saat 11:08-də Ankarada uğurlu eniş edib”.
Məlumatda qeyd edilib ki, təyyarə hava şəraiti yaxşılaşdıqdan sonra Alanyaya yola düşəcək.