"Ərim məni lüt soyundurub küçəyə qovdu" - FOTO
Qadın dünyası 1 083

"Ərim məni lüt soyundurub küçəyə qovdu" - FOTO

"Ərim məni lüt soyundurub küçəyə qovdu" - FOTO


..."Qadın döyülüb-söyüldüyü üçün evi tərk etməməlidir", - sığıncaqdakı qadınlara etiraz edir.

Amma özü də sığınacağa pənah gətirib.

May.Az bildirir ki, artıq 1 aydır ki, 4 yaşlı oğlu ilə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sığınacağında qalır. Kimi paltar, kimi də ayaqqabı verib.

Müsahibə vermək təklifinə tərəddüdlə razılaşır. "Gedək, təklikdə söhbət edək, kimsə bizi eşitməsin", - cavab gözləmədən otağa girib qapını bağlayır.

Beləliklə, onunla söhbətləşirik. Sığınacağın yeni sakinlərindən biri - 26 yaşlı Səadət Əliyevanı evdən qaçıran səbəblərdən danışırıq.

- Sığınacaqdakı qadınları dinləyirəm, hərənin bir dərdi var. Qadınların çoxu döyüldüyü üçün evi tərk edib. Onları qınamıram da. İnsanın başına gəlməyənədək başqasını anlaya bilməz. Mən o qədər döyülmüşəm ki, daha ağrı-acıya alışmışam. Bəzən başımı divara çırpıb, boğub, saçımdan tutub yerləri sürüyüb. Adam hər gün döyüləndə bir az daha bərkiyir. Hər gün özümü alışdırırdım, bir-iki təpik, şillə, ölməyəcəm deyirdim.

"Ərim məni lüt soyundurub küçəyə qovdu" - FOTO


- Döyüldüyün üçün evi tərk etməmisən?

- Yox, döymək, söyülmək bizim ailədə adi hala çevrilib. Biri var, hansısa səbəb olsun, kişini hirsləndirəcək hərəkətlər edəsən. Biri də var ki, niyə döyüldüyünü bilməyəsən. Yəni bizdə vəziyyət fərqlidir. Mən onunla ehtiyatla rəftar edirəm, çalışıram ki, heç bir sözündən çıxmayım. Bəzən məni cəzalandırmaq üçün evə heç nə almır, uşaq da ac qalır. Sonuncu dəfə dedim ki, uşağa geyindirməyə heç nə yoxdur, icazə ver, heç olmasa, anamgildən borc istəyim. Amma icazə vermədi. Keçən dəfə evdən qaçarkən yoldakı mağazaların birində satıcının yazığı gəldi, uşağa ayaqqabı verdi. Hər dəfə mən evdən qaçıram, bizi tapır, dəyişəcəyinə söz verir. Amma heç nə dəyişmir. Kirayə evdə yaşayasan, çölə çıxmayasan, qapını heç kim açmaya. Nə atam, nə də bir qohumum evimizə gələ bilmir. Öz ailəsi də onu görmək istəmir. Nə qədər belə vəziyyətdə yaşamaq olar? Ata-anasına şikayət edirəm, deyirlər ki, o birinci ailəsinə də zülm edib, tanımadan ərə gəlməyəydin. Heç kim onun işinə qarışa bilmir. Amma hər dəfə gedib-qayıdanda bəlkə bir ümid var deyirəm. Hər dəfə də bir az daha ümidim ölür. Görürəm ki, artıq yolum yoxdur.

- Əvvəl də evdən qaçmısan.

- Hə, bir neçə dəfə evdən qaçmışam. Bir dəfə məni lüt soyundurub küçəyə qovdu. Divarın dibinə çöməlib oturdum. Yalvardım ki, heç olmasa üstümü örtməyə bir şey versin. Kimsə məni o vəziyyətdə görsəydi, heç nəyə baxmadan özümü öldürəcəkdim. Soyuq hava, yağış yağır, gizlənməyə yer axtrırdım. Sonra dedi ki, sənin namusunu sınayırdım. Bilmək istəyirdim ki, mənə sədaqətli olacaqsan, ya yox. Lüt arvadını küçəyə qovan adam səndən sədaqət tələb edir. Həmin günün səhəri onunla barışdım. Yemək bişirdim, çalışdım ki, heç nədən şübhələnməsin. Sonra evdən qaçdım. Bilirsiniz, dərdimi deməyə heç kimim yoxdur. Ata-anama da pənah apara bilmirəm, həyat yoldaşım onları öldürəcəyi ilə hədələyir. Onlarda məni qorumağa cəsarət yoxdur. Burada yalnız Mehriban Zeynalova, bir də psixoloqla danışa bilirəm.

"Ərim məni lüt soyundurub küçəyə qovdu" - FOTO


- Bəs o işgəncədən sonra niyə təkrar onun yanına qayıtdın?

- Başqa əlacım olmadı. Heç yerdə iş tapa bilmədim, nə qədər sığınacaqda qalmaq olar? Məni zorla evə apardı. Söz verdi ki, əvvəlki kimi olmayacaq. Amma səhəri gün məni döydü, başımı divara o qədər vurmuşdu ki, bir həftə gözümü aça bilmədim. 7 ay birtəhər yaşadıq, təkrar evdən qaçmağa məcbur oldum. Hər şeyə dözə bilirəm, təkcə bu hərəkətinə yox...

- Nəyə?

- Hər gün məni zorlayır, özü də döyə-döyə... Etiraz etməyə imkanım yoxdur. Həkim sonuncu dəfə dedi ki, əməliyyata ehtiyacın var. Belə davam etmək olmaz. Yenə də xeyri yoxdur. Yəni bunu, onun vəhşiliyini kimə deyə bilərəm? Yalnız Mehriban xanımla danışıram. Döyülməyə, söyülməyə razıyam. Amma hər gün eyni işgəncəyə dözmək olmur. Gecə o yatandan sonra evdən qaçmışam, ayağıma ayaqqabı geyinməyə qorxdum. Nə özümə, nə də uşağa paltar götürməmişəm. Burda hərə bir paltar verib. Amma soyuq olanda geyməyə paltarımız, ayaqqabı yoxdur. Bundan sonra vəziyyətimiz necə olacaq, onu da bimirəm. Dilənməklə, ondan-bundan paltar almaqla yaşamaq mümkün deyil. Uşaq meyvə istəyir, oynamaq, oyuncaq istəyir. Sığınacağa gələn hər kəsin qucağına qaçır, digər uşaqların əlindəki oyuncaqlara elə həsrətlə baxır ki... Siz çarəsiz qalmağın nə olduğunu bilirsinizmi? Bunu yaşamayan anlaya bilməz. Uşağına hər konfet verənə minnətdar olmaq bilirsiniz nə deməkdir? İndi bura gətirilən yardımlara gözümüzü dikmişik. Gözləyirik ki, kimsə geymək istəmədiyi paltarlardan bizə gətirəcək. Belə yaşmaq çox çətindir.

Bəli, sığıncaqdakı qadınları evdən qaçmağa məcbur edən səbəblər müxtəlifdir. Amma hamısı çarəsiz durumdadır. Onların isti paltara, ərzağa ehtiyacı var...

"Ərim məni lüt soyundurub küçəyə qovdu" - FOTO

Son xəbərlər