27
сентября
2016
15:35
Toy günü səs verən cütlüyə hədiyyə verildi
Toy günlərini referenduma gedərək əbədiləşdirən cütlüyə rayon icra hakimiyyətinin başçısı Elxan Usubov tərəfindən...
Toy günlərini referenduma gedərək əbədiləşdirən cütlüyə rayon icra hakimiyyətinin başçısı Elxan Usubov tərəfindən televizor hədiyyə olunub.
6 saylı seçki məntəqəsində səs verdikdən sonra şadlıq sarayında toy günlərini qeyd edən bəy və gəlinin hədiyyəsi evlərində təqdim olunub. Şəki Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən verilən hədiyyəni kənd üzrə icra nümayəndəsi təqdim edərək xoşbəxtlik arzulayıb.
Toy günlərinin olmasına baxmayaraq dövlət əhəmiyyətli hadisədən kənar qalmayan cütlüyə atdıqları cəsarətli addıma görə təşəkkür edilib.