17
января
2020
21:33
Baş pediatr qripdən danışdı
“Ötən 2 ay ərzində xəstəxanaya qriplə bağlı müraciətlər çox daxil olub. Hazırda isə əvvəlki aylarla müqayisədə müraciətlərdə azalma var”.
may.az xəbər verir ki, bunu İTV-yə açıqlamasında baş pediatr Nəsib Quliyev son günlərdə uşaqlar arasında yayılan qrip xəstəliyindən danışarkən deyib. O qeyd edib ki, hazırda xaricdən ölkəyə daxil olan hər hansı naməlum virus yoxdur: “Sadəcə virusların oxşar cəhətləri və fəsadları eynidir. Azərbaycanda epidemiya mövcud deyil. Səhiyyə Nazirliyinin laboratoriyasında aparılan araşdırmalar göstərir ki, insanlar daha çox adena viruslarla qarşılaşır. Bu xəstəliklər də adena virusların törətdiyi xəstəliklərdir. Son bir həftə ərzində də biz xəstələnmələrin sayının azalması müşahidə olunur. Xəstə uşaqlar vaxtında aşkarlanmayıb həkim, tibb işçisi tərəfindən nəzarətə götürülməsə, valideyn tərəfindən diqqətsizlik edilsə, belə hallarda çox qorxulu fəsadlar əmələ gələ bilər”.