12
января
2020
16:14
İrandakı İngiltərə səfiri kütləvi aksiyalara qatıldığı üçün həbs edildi
İranın səhvən vurduğu Ukrayna təyyarəsində ölən sərnişinləri anmaq məqsədilə Tehranda küçələrə axışan kütlənin toplanışı sonradan etiraz aksiyasına çevrilib.
Narazı kütlə ölkədəki mövcud rejim əleyhinə şüarlar səsləndirərək Əmir Kəbir universitetinin önünə toplaşıblar.
Həmin vaxt aksiyalara dəstək olan İngiltərənin İrandakı səfiri Rob Makeyr bəzi radikal və dağıdıcı hərəkətlərə dəstək olduğu üçün həbs edilib.
Dərhal məsələyə reaksiya verən İngiltərə Xarici İşlər Naziri Dominik Raab səfirin bu şəkildə həbs edilməsini beynəlxalq hüququn dəhşətli şəkildə pozulması kimi dəyərləndirib.
Bir neçə saat sonra isə səfir sərbəst buraxılıb. (oxu)