04
января
2020
14:13
Məşhurları arıqladan yaşıl kokteyl
Hər zaman bədən quruluşunun qeydinə qalan dünya ulduzları bunun üçün müxtəlif vasitələrə əl atırlar.
BiG.AZ axşam.az-a istinadən xəbər verir ki, məşhur simaların ən çox istifadə etdikləri isə kokteyllərdir. Xanımlarımızın da bəyənəcəyi bir resepti təqdim edirik.
Ərzaqlar: 1 fincan su, 1 x.q limon şirəsi, yarım kivi, yarım dəstə spanaq, yarım dəstə təzə nanə yarpaqları, yarım ç.q xırda doğranmış təzə zəncəfil.
Ərzaqları blendrdən keçirin və için. Qeyd edək ki, bu kokteyl çəkini azaltmaqla yanaşı bədəni toksinlərdən təmizləyir.