23
сентября
2016
01:17
115 manatlıq paltarı quru təmizləməyə verdi, peşman oldu - FOTO
Bakı sakini Sənan Buludzadənin quru təmizləməyə verdiyi paltar yararsız vəziyyətə düşüb.
May.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu səbəbdən müraciət edən şikayətçi bildirib ki, "my Laundry" çamaşırxana və quru təmizləmə şirkətindən paltarı geri alan zaman üzərində ləkələr olub:
"Evdə yuyulduqda paltar korlanar deyə quru təmizləməyə üz tutduq. Oradan da paltarı alanda baxıram ki, tünd hissəsində ləkələr var. Paltar tamam yararsız vəziyyətdədir. Şirkətə şikayət edirik, baxan yoxdur. Normal olaraq korlanmış geyimimin qiyməti (115 manat) geri ödənməlidir. Ancaq onlar deyirlər, kimə şikayət edirsiz-edin, biz sizə pul verməyəcəyik".