Müəllimlərin orta aylıq əməkhaqqı 682 manatdır - HESABAT
Xeberler 642

Müəllimlərin orta aylıq əməkhaqqı 682 manatdır - HESABAT

Müəllimlərin orta aylıq əməkhaqqı 682 manatdır - HESABAT


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əməkhaqqı 2019-2020-ci tədris ili üçün 682 manat təşkil edir.

BiG.AZ-ın məlumatına görə, bu barədə BŞTİ-nin illik hesabatında deyilir.

Hesabatda ali və orta ixtisas məktəblərinə qəbul göstəriciləri də qeyd edilib.

2019-2020-ci tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul göstəricilərində də müsbət dinamika müşahidə olunub. Belə ki, qəbul imtahanlarına müraciət edən 17 505 abituriyentin 13 012 nəfəri, yəni 74 faizi respublikanın müxtəlif ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olub. 500 və 500-dən yuxarı bal toplayan abituriyentlərin sayı qəbul olunanların 22 faizini təşkil edib.

Qəbul imtahanlarında ən yüksək nəticə göstərərək ali məktəblərə daxil olmuş 102 tələbəyə prezident təqaüdü verilib. Onlardan 26-sı BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin məzunlarıdır.

Son xəbərlər