17:20 Övlad sahibi olmaq üçün effektiv müalicə hansıdır? 17:19 Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ? 17:18 "İş təklifi" adı altında fırıldaq: Kartınızı qorumağın yolları 17:17 16 noyabr Beynəlxalq Tolerantlıq Günüdür 17:16 Sabah bu ərazilərə qar yağacaq 17:15 Gələn il Azərbaycanda notbukların qiyməti artacaq? 17:14 "Telegram"da ilk hədiyyə hərracı keçirilib 17:13 Dubayda dünyanın ən hündür hoteli açılıb 23:29 ​5 gün ardıcıl QEYRİ-İŞ GÜNÜ OLACAQ - TARİXLƏR 19:23 ChatGPT-nin iki yeni versiyası təqdim olundu

Sony Yaponiyanın tamkadrlı kameralar bazarında Canon və Nikon-dan irəli keçib

Sony Yaponiyanın tamkadrlı kameralar bazarında Canon və Nikon-dan irəli keçib
Sony Yaponiyanın tamkadrlı kameralar bazarında Canon və Nikon-dan irəli keçib


BCN Ranking-in məlumatına görə, Sony Yaponiyada tamkadrlı kameralar bazarının payına görə Canon və Nikon şirkətini qabaqlayıb. 2018-ci ilin noyabr ayından 2019-cu ilin oktyabr ayına qədər isə Sony tamkadrlı kameralar, APS-C formatlı kameralar və dəyişdirilməyən obyektivə malik kameralar seqmentlərində artım nümayiş etdirib.

Milli.Az ted.az-a istinadən bildirir ki, nəticədə, bir il ərzində Yaponiyanın tamkadrlı kameralar bazarında Sony-nin payı 31,6%-dən 38%-ə qədər artıb ki, bu da ona birinci yeri tutmağa imkan verib. Canon şirkətinin il ərzində payı 37,8%-dən 36%-ə qədər azaldığı üçün ikinci yerə enib. İl ərzində Nikonun payı da 29,1%-dən 24%-ə qədər azalıb. Xatırladaq ki, söhbət tamkadrlı kameralar bazarından gedir.

Qeyd etmək lazımdır ki, Nikon şirkəti satışların həm təbii, həm də pul baxımından ən ciddi azalması ilə üzləşib. Bu, bütün istiqamətləri əhatə edib, lakin xüsusilə APS-C formatlı kameralar seqmentində özünü daha qabarıq şəkildə göstərib. Onların satışları bir il ərzində 30%-dən çox azalıb. Sony isə əksinə bu formatda kameralarının satışını 44%-dən çox artırmağa müvəffəq olub.

Maraqlıdır ki, tamkadrlı güzgüsüz kameraların satışı kameraların ümumi bazarının cəmi 10%-ni təşkil edir.

Analitiklərin fikrincə, Canon və Nikon-un tamkadrlı güzgüsüz kameralar bazarına gec çıxışı Sony-yə üstünlük verib. Lakin rəqabət kəskinləşdiyinə görə Sony-nin liderliyi saxlaya bilib-bilməyəcəyini zaman göstərəcək.

menu Menu game Oyunlar mail Poçt live Live profile Страница