^
U

FHN əməkdaşı ticarət mərkəzindəki yanğını söndürərkən xəsarət alıb


Bakının Nizami rayonu ərazisindəki "Diqlas" ticarət mərkəzində baş vermiş yanğının söndürülməsi zamanı Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı xəsarət alıb.

BiG.AZ bildirir ki, bu barədə Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə nəticəsində yanğınsöndürmə briqadasının bir əməkdaşı sağ əlin kəsilmiş yarası ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Qurumdan bildiriblər ki, hazırda hadisə yerinə 6 yanğınsöndürmə briqadası cəlb edilib.

Xatırladaq ki, bu gün səhər saatlarında paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində "Diqlas" ticarət mərkəzində güclü yanğın baş verib.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadaları və helikopterlər cəlb eilib.

Yanğın davam edir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Afisa Oxunub: 800 Tarix: 26-03-2019, 14:45
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az