^
U

Tanınmış vəkil: "Azərbaycanda boşanmaların əsas səbəbi budur"


Tanınmış vəkil Anar Qasımlı ölkədə qeydə alınan boşanmaların səbəbləri arasında qadınlar arasındakı münasibətlərin düzgün qurulmamasının hələ də əsas faktorlardan biri olduğunu deyib.

Anar Qasımlının sözlərinə görə, ailələrdə qaynana və baldız faktoru və onların təsirləri hələ də güclüdür: “ Ailələr niyə dağılır? Məhkəmə təcrübəsinin öyrənilməsi göstərir ki, ailələrin dağılmasında qayınana və baldız faktoru hələ də üstün mövqedədir. Bəli, məhz qaynana və baldız. Yəni, qadınlar, qadınların qadınlara qarşı zorakılığı. Feministlər deyir ki, hökumət İstanbul Konvensiyasına qoşulsun. Nəinki İstanbul Konvensiyasına qoşulsaq, hətta dünyanın bütün şəhərlərinin adına qadınların müdafiəsinə dair Konvensiyalar qəbul edilsə və biz o Konvensiyalara da qoşulsaq, heç nə dəyişməyəcək”.

Vəkil insan hüquqlarının müdafiəsi ilə məşğul olan lakin ailədə öz gəlininə qarşı amansız münasibət bəsləyən xeyli qadın tanıdığını da əlavə edib.(publika)
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Xeberler Oxunub: 571 Tarix: 10-11-2019, 15:51
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az