17:20 Övlad sahibi olmaq üçün effektiv müalicə hansıdır? 17:19 Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ? 17:18 "İş təklifi" adı altında fırıldaq: Kartınızı qorumağın yolları 17:17 16 noyabr Beynəlxalq Tolerantlıq Günüdür 17:16 Sabah bu ərazilərə qar yağacaq 17:15 Gələn il Azərbaycanda notbukların qiyməti artacaq? 17:14 "Telegram"da ilk hədiyyə hərracı keçirilib 17:13 Dubayda dünyanın ən hündür hoteli açılıb 23:29 ​5 gün ardıcıl QEYRİ-İŞ GÜNÜ OLACAQ - TARİXLƏR 19:23 ChatGPT-nin iki yeni versiyası təqdim olundu

Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu
Sabaha olan hava proqnozu


Sentyabrın 26-da Bakıda və Abşeron yarımadasında, eləcə də respublikanın bölgələrində gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən May.Az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Gündüz cənub küləyi əsəcək. Havanın temperaturu gecə 15-18° isti, gündüz 20-24° isti, Bakıda gecə 15-17° isti, gündüz 21-23° isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 760 mm. civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarında gözlənilən hava, əsasən yağmursuz olacaq. Səhər ayrı-ayrı yerlərdə duman olacağı, şərq rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 21-26° isti, dağlarda gecə 2-7° isti, gündüz 11-16° isti olacağı gözlənilir.

Şahin Həbibov

menu Menu game Oyunlar mail Poçt live Live profile Страница