Zərərçəkənlərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar “Accessbank”da yanğın baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə bankın Bakı şəhəri, Tbilisi prospketi 3 ünvanında yerləşən mərkəzi ofisində qeydə alınıb. Yanğın nəticəsində bankın mühafizə xidmətinin 5 əməkdaşı xəsarət alıb. Bunlar 1985-ci il təvəllüdlü Vüqar Məmmədov, 1984-cü ildə anadan
İsmayıllı Rayon Prokurorluğu sevdiyi qıza görə özünü yandıran gəncin intihar olayına aydınlıq gətirib. May.Az azxeber.com-a istinadən bildirir ki, prokurorluqdan verilən məlumata görə, Elnur Dəmirov İsmayıllı xəstəxanasında olanda polisə izahat verib və manqalın üstünə yıxılıb yandığını deyib: "Burada vəziyyəti ağırlaşdı, Bakıya apardılar. Vəziyyəti pis olsa da, ağlı başında idi, danışırdı.
Fövqəladə Hallar Nazirliyi Bakı şəhəri, Xətai rayonunda ümumi sahəsi 3000 kv.m olan avtomobil ehtiyat hissələri satışı bazarında baş vermiş yanğınla bağlı məlumat yayıb. BAKU.WS-in FHN-nin saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı mağazaların, piştaxtaların yanar konstruksiyaları və içərisində olan müxtəlif boyalar və avtomobil ehtiyat hissələri 930 kv.m sahədə yanıb. Bazarın qalan
Bakıda "Sovetski” adlanan ərazidə yanğın baş verir. Trend-in məlumatına görə, Balababa Məcidov küçəsində (keçmiş 2-ci paralel) "Əfsanə" kafesi ilə üzbəüz sökülmüş evin ərazisində yanğın davam edir. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları hadisə yerinə göndərilib. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə verilən məlumata görə, hadisə
Axşam saatlarında Siyəzən rayonunda "Hummer" markalı avtomobil yanıb. May.az report-a istinadən bildirir ki, maşın qida firmalarından birinə məxsus olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Siyəzən Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.