Gəncədə toyda dava: gənc oğlanın üzünü çapdılar

Gəncə şəhər sakini toyda döyülüb. May.Az APA-ya istinadən xəbər verir ki, 1985-ci il təvəllüdlü Orxan Məhərrəmov üz nahiyəsinin çapılmış yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına müraciət edib. Ona tibbi yardım göstərilib və evə buraxılıb. O.Məhərrəmov bildirib ki, o Gəncədə olan şadlıq evlərinin birində tanımadığı şəxs tərəfindən döyülüb. Faktla bağlı araşdırma aparılır.
1 264