Bakıda içərisində 60 min dollar olan seyf oğurlanıb

Bakıda mənzildən oğurluq olub. "Report”un məlumatına görə, hadisə Nizami rayonu, K.Balakişiyev küçəsində qeydə alınıb. Həmin küçədəki evlərdən birində yaşayan 36 yaşlı Zaur Mirzəyevin mənzilindən açarseçmə yolu ilə içərisində 60 000 ABŞ dolları, 5 000 manat və 5 000 dollar dəyərində qızıl-zinət əşyaları olan seyf oğurlanıb. Faktla bağlı araşdırma aparılır.
1 074

Park Bulvarda oğurluq: geyim oğurlayan qız tutuldu

Park Bulvarda oğurluq olub. BAKU.WS-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Səbail rayonu ərazisində yerləşən "Park Bulvar" ticarət mərkəzindəki mağazalardan birindən geyim əşyaları oğurlanıb. Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Balakən
1 147

Bakıda qeyri-adi hadisə: metroda 10 min manatlıq oğurluq

Bakı Metropoliteninin "İçərişəhər" stansiyasının içərisində yerləşən kitab mağazasından oğurluq olub. "Report"un xəbərinə görə, mağazanın sahibi bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Sahibkar bildirib ki, mağazadan dəyəri 10 min manata yaxın olan kitablar oğurlanıb. Faktla bağlı Metropoliten Polis Şöbəsində araşdırma aparılır.
1 135

Bakıda 3 nəfərin kart hesabından oğurluq edilib

Bakının Səbail rayonunda 3 nəfərin bankomat kart hesablarından oğurluq edilib. "Report"un məlumatına görə, Bakı şəhər sakinləri Vaqif Həsənov, Mətanət Quliyeva, Cəmilə Quliyevanın bankomat kartının hesabından müxtəlif məbləğdə pul oğurlanıb. Hüquq mühafizə orqanları kart hesablarından oğurluq edən 21 yaşlı Novruz Hüseynovu saxlayıb. Faktla bağlı araşdırma aparılır.
1 029

Hacı Şahinin oğurlanmış Facebook hesabı qaytarıldı

Hacı Şahin Həsənlinin 1 il əvvəl oğurlanmış Facebook səhifəsi geri qaytarılıb. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, "Məşədi Dadaş" məscidinin imam cüməsi, ilahiyyatçı alim hacı Şahin Həsənlinin Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsinin (https://www.facebook.com/HaciShahinHasanli/) oğrulanması ilə bağlı ictimaiyyətə açıqlama verilib. May.Az xəbər verir
1 169