Qaz və işığın limiti artırılsın - Parlamentdə təklif
Milli Məclisin bu gün keçirilən iclasında qaz və elektrik enerjisinin limitinin artırılması təklif olunub. Bununla bağlı çıxış edən deputat Fazil Mustafa qeyd edib ki, insanlardan bununla bağlı təkliflər gəlir və onlar limitin artırılmasını istəyirlər: “Mən təklif edirəm ki, bu limitlər azı iki dəfə artırılsın. Xüsusən də həyət evlərində yaşayanlar imkansızdırlar və onlar borcu ödəyə bilmirlər.