Azərbaycan Prezidenti İlham Əliyev Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. BAKU.WS-in məlumatına görə, sərəncama əsasən Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə polis general-mayoru ali xüsusi rütbəsi verilib: Polis polkovniki Arzu Arif oğlu Daşdəmirov, polis polkovniki Emil Ramil oğlu Usubov, polis polkovniki Oqtay Əsgər oğlu
"Ermənilər Azərbaycan Ordusunun qarşısını ala bilməyəcək". BAKU.WS xəbər verir ki, bunu azvision.az-a sabiq hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanla sərhəddə təxribat törətməsinə münasibət bildirərkən deyib. Y.Aydəmirov qeyd edib ki, Azərbaycan ordusu hər an düşmən təxribatının qarşısını almağa hazırdır:
Ermənistan-Azərbaycan sərhəddində atışma başlayıb. May.Az-in məlumatına görə, Ermənistan KİV-i iddia edir ki, Tavuş rayonunun Çinari kəndi ətrafında döyüş gedir. Ermənistan tərəfi snayper və qumbaraatanlardan istifadə edir. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan sosial şəbəkədə döyüş olduğunu yazıb. Eyni zamanda, daha bir məlumata görə, Ermənistan silahlı qüvvələri Baş
Bakıda Aşura mərasimləri ilə əlaqədar təhlükəsizlik tədbirləri həyata keçiriləcək. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov məlumat verib. S. Bağırov bildirib ki, paytaxtda Aşura mərasimlərinin keçiriləcəyi yerlərdə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndiriləcək:
"Azərbaycan ordusu döyüş tapşırığını yerinə yetirməyə tam hazırdır". Trend-in məlumatına görə, bunu Müdafiə Nazirliyinin 109 saylı Hərbi hissənin komandiri general-leytenant, Milli qəhraman Rövşən Əkbərov deyib. Onun sözlərinə görə, Azərbaycan ordusu işğal altındakı torpaqları azad etməyə hər zaman hazırdı. "Bizim ordumuz bu gün möhkəmdir. Şəxsi heyətin psixoloji vəziyyəti çox