Bakıda lombardda külçə fırıldağı - Qızıl adı ilə dəmir verdi, 40 min qabağa düşdü
Bakıda fəaliyyət göstərən lombardlardan birinin sahibi dələduzun qurduğu iriməbləğli kələyin qurbanına çevrilib. BiG.AZ xəbər verir ki, bu barədə oxu.az-a Yasamal rayon Polis İdarəsindən məlumat verilib. 29-cu polis bölməsinin əməkdaşları Moskva prospektində yerləşən lombardın hüquqşünası Vüsal Məmmədovdan daxil olan şikayəti araşdırır. Şikayət ərizəsinə əsasən, bir neçə gün əvvəl 60 yaşlı Bakı