Четверг
янв 07

Ötən il mina partlayışları nəticəsində 4 nəfər həlak olub

Nəticədə 4 nəfər həlak olub, 18 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Bu barədə Azərbaycan Ərazilərinin Minadan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətinin məlumatında deyilir.


Ötən ilin dekabr ayı ərzində 3,582,751 kvadratmetr ərazi yoxlanılıb və mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Həmin ərazilərdən 45,524 PHS və mina aşkar edilərək zərərsizləşdirilib.


Əməliyyatlarda 425 nəfər mütəxəssis və 115 nəfər yardımçı heyət üzvü, həmçinin 6 mexaniki minatəmizləmə qurğusu və 30 minaaxtaran it iştirak edib. İndiyədək cəmi 121,903,509 kvadratmetr ərazi təmizlənib. 576,311 mina və PHS aşkarlanaraq zərərsizləşdirilib.


Agentlik tərəfindən ərazilərin minalardan təmizlənməsi əməliyyatları Tərtər, Ağdam, Füzuli, Tovuz, Ağstafa, Göygöl rayonlarında və Bakının Qaradağ rayonu ərazisində aparılır.




Trend News

Комментарии (0)

Оставить комментарий