Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsi bayram günləri ilə bağlı sürücülərə və piyadalara müraciət edib. İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Trend-ə bildirib ki, Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə bağlı beş qeyri-iş günü ilə əlaqədar regionlara, ayrı-ayrı rayonlara gedən əhalinin sayı çox olacaq:
Bu il Ramazan Bayramının ilk günü üçün dünyanın fərqli ölkələrində 2 ayrı tarix təyin olunub. May.Az-in məlumatına görə, Türkiyə və Mavritaniyanın da içində olduğu bəzi İslam ölkələrində Ramazan Bayramının başlanğıc tarixi olaraq 5 iyul qəbul edilib. Bu gecə ay görünmədiyi üçün Səudiyyə Ərəbistanı, İraq və İordaniya, Misir, Livan, Qətər, Fələstin, Sudan, Küveyt, Suriya, Yəmən və Konqoda Ramazan
Ramazan bayramı namazı iyulun 6-da qılınacaq. Bu barədə ANS PRESS-ə Məşhədi-Dadaş məscidin axundu, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli deyib. O, bayram namazının səhər saat 08:00 və 09:00-da qılınacağını deyib. Axundun sözlərinə görə, namaz bütün məscidlərdə qılınacaq. "Təzəpir məscidində, Əjdərbəy məscidində, Məşhədi-Dadaş məscidində və s.
İqtisadiyyat Nazirliyi ramazan ayı ilə əlaqədar bazar və marketlərdə bir çox ərzaq məhsullarının qiymətin bahalaşması haqda yayılan məlumatlara aydınlıq gətirib. May.Az bildirir ki, Nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev azvision.az-a açıqlamasında deyib ki, bazar və marketlərdə hər hansı qiymət artımı müşahidə edilməyib. "İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və