Bu gün axşam saatlarında Neftçala rayonunun Yuxarı Qaramanlı kəndində ata oğluna xəsarət yetirib. BiG.AZ report-a istinadən xəbər verir ki, kənd sakini Sakit Kazımov mübahisə zəminində bel ilə 1991-ci il təvəllüdlü oğlu Zahid Kazımovun baş nahiyəsinə zərbə endirib. Yaralı Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstənin vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma
Quba rayonunda qətl hadisəsi baş verib. BAKU.WS xəbər verir ki, hadisə rayonun Alpan kəndində qeydə alınıb. Kənd sakinlərinin APA-nın yerli bürosuna verdiyi məlumata görə, kənd sakini Əşrəf Süleymanov qızı 13 yaşlı Səfurəni bıçaqlayaraq qətlə yetirib. Atanın ruhi xəstə olduğu bildirilir. Faktla bağlı araşdırmalar davam etdirilir.
Bakıda qətl törədilib. Xəzər rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Binə qəsəbəsi, Südçülük Sovxozunda qeydə alınıb. Orada yaşayan, 17 yaşlı Kənan Qulu oğlu Qasımov atası, 41 yaşlı Qulu Qasımovu bıçaqlayaraq qətlə yetirib. Hadisəni törədən K. Qasımovu dayısı polisə təslim edib. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
Sentyabrın 15-də paytaxtın Binəqədi rayonu ərazisində fəaliyyət göstərən "Şahənşah” şadlıq sarayında keçirilən toy mərasimində xoşagəlməz hadisə yaşanıb. Publika.az xəbər verir ki, toyda bəyin atası qəfil infakt keçirib. Hadisə zamanı restorana Təcili Tibbi Yardım Stansiyasının həkimləri çağırılıb. Daha sonra bəyin atası xəstəxanaya aparılıb. "Şahənşah” şadlıq sarayının Ramal adlı baş