Cümə axşamı Bakıda keçirilən qarşılaşma zamanı Ağdamın "Qarabağ” klubuna 3:0 hesabı ilə məğlub olan İsveçin "Göteburq” klubu Tofiq Bəhrəmov adına Respublika stadionunun ot örtüyünün bərbad olması ilə bağlı UEFA-ya şikayət edib. Bu barədə AzVision.az xarici KİV-ə istinadən xəbər verir. Məlumata əsasən "Göteburq”un iki futbolçusu - Mikael Boman və Soren Riks meydanda olduqları vaxt
Bu gün Bakı Apellyasiya Məhkəməsində professor, əməkdar jurnalist Qulu Məhərrəmlinin İctimai Televiziyanın (İTV) İnformasiya Departamentinin direktoru Rauf Rəcəbovla bağlı verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib. "Report"un məlumatına görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə hər iki tərəfin nümayəndəsi və R.Rəcəbov çıxış edib.
Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı qadınlarla yanaşı kişilər də müraciət edir. Qurumun İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov "Report”un sorğusuna cavab olaraq bildirib ki, komitəyə və komitənin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək mərkəzlərinə 2015-ci ildə məişət zorakılığı və ailə