Qarpızdan kütləvi zəhərlənmə

Sumqayıtın Hacı Zeynalabidin Tağıyev qəsəbəsində yaşayan 5 nəfər qarpızdan zəhərlənib. May.Az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, avqustun 5-də sözügedən qəsəbədə yaşayan azyaşlılar - Kamilə Alıyeva, Ümid Alıyev, İslam Alıyev, Fərid Xankişiyev və Şərafət Xankişiyeva qidadan zəhərləniblər. Zəhərlənmə qarpız giləmeyvəsindən olub. Uşaqlar xəstəxanaya yerləşdiriliblər.
1 048

Azərbaycanda körpələrə qoyulan şəhər adları: Marsel, Samuxan... (SİYAHI)

Azərbaycanda öz övladlarına müxtəlif şəhər və rayonların adlarını verənlərin sayı çoxdur. Ədliyyə Nazirliyindən "Report"a verilən məlumata görə, son beş ildə 146 körpəyə Təbriz, 2 körpəyə Təbrizə adı verilib. 3 uşağa Bakıxan, 293-nə Xəzər, 1-nə Xəzər Dağxan adı verilib. Son beş ildə 10 uşağa Quba, 6-na Qubaxanım, 1-nə Şuşa, 1-nə Lənkəran, 1-nə Samuxan, 93-nə Laçın, 2-nə Şamaxı, 1-nə
1 335