Bakının Səbail rayonunun Bayıl qəsəbəsində qətl hadisəsi baş verib. BAKU.WS report.az-a istinadən bildirir ki, 1992-ci il təvəllüdlü Abdulrəhmanov Nail Natiq oğlu Xanlar küçəsində 4 nəfər tanışı ilə əlbəyaxa dava edib. Nəticədə N.Abdulrəhmanov ürək nahiyəsindən 4 bıçaq xəsarəti alıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hadisənin baş verdiyi əraziyə Səbail Rayon Polis İdarəsinin
Lənkəranda orta məktəbdə intihar hadisəsi baş verib. Lənkəran şəhər Koroğlu küçəsi 3 ünvanında yerləşən S.Kazımbəyov adına 6 saylı məktəb-liseydə gözətçi işləyən 1966-cı il təvəllüdlü Məhərrəmov Aydın Bəycan oğlu özünü asaraq həyatına son qoyub. Onun məktəbin foyesində asılı vəziyyətdə qalmış meyitini məktəbin direktoru səhər saatlarında işə gələrkən görüb və dərhal hüquq-mühafizə orqanlarına
Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin vəzifəli şəxsi adam öldürüb. BAKU.WS Qafqazinfo-ya istinadən xəbər verir ki, Zabrat qəsəbəsində yerləşən Vertolyot Meydançasının rəisi Faiq Qasımov dünən gecə saatlarında öz dostunu öldürüb. Belə ki, F.Qasımov yaxın dostu, Qoşa Qala restoranının sahibi Tərlanla axşam toy məclisində yeyib-içiblər. Sonra isə dostlar əyləncə məclisini
Bakının Binəqədi rayonunda 47 yaşlı qadın özünü yaşadığı binanın dördüncü mərtəbəsindən aşağı atıb. BAKU.WS-in SalamNews-a istinadən xəbərinə görə, hadisə rayonun Kunabayev küçəsi 7b, mənzil 12-də qeydə alınıb. Dərhal hadisə yerinə təcili tibbi yardım maşını, o cümlədən hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər. Ağır xəsarətlər alan Gülarə Məlikova 1 nömrəli Şəhər Kliniki Xəstəxanasına
Astara rayonunda 15 yaşlı qız özünü güllələyib. "Report”un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Şümrüd kəndində baş verib. Belə ki, həmin kəndin sakini, 2001-ci il təvəllüdlü Qızılgül Polad qızı Əliyeva özünə ov tüfəngi ilə atəş açıb. Qarın nahiyəsindən güllə yarası alan Q.Əliyeva Astara Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Xəstəxanadan bildirilib ki, ağır vəziyyətdə
Hacıqabulda bir müddət əvvəl qızı tərəfindən döyülən 52 yaşlı qadın ölüb. May.Az-in APA-ya istinadən məlumatına görə, Hacıqabul rayonu Meyniman kənd sakini, 1964-cü il təvəllüdlü Təranə Ağasəlim qızı Babayeva bir müddət əvvəl 17 yaşlı qızı Ağacanlı Səadət Səxavət qızı tərəfindən döyülərək ağır xəsarətlər alıb. T. Babayevanın aldığı xəsarətlərdən ötən gecə qardaşının evində öldüyü qeyd edilir.
Salyan rayonunda ölən şəxsin qətlə yetirildiyi məlum olub. Bu barədə "Report”un Aran bürosuna rayon prokurorluğundan məlumat verilib. Məlumata görə, 1991-ci il təvəllüdlü Gülşən Feyziyeva bir müddət əvvəl dünyasını dəyişib. Həyat yoldaşı 1983-cü il təvəllüdlü Məmmədağa Quliyev hər kəsə arvadının xəstəlikdən öldüyünü deyib. G.Feyziyeva torpağa tapşırılıb, onun yas mərasimi keçirilib, ehsan
Tanınmış stilist Samir Əliyevin (Samiraldo) səhhətinin pisləşdiyi, hətta xəstəxanaya yerləşdirildiyi haqda məlumat yayılıb. Atv.az sözügedən məlumatı dəqiqləşdirmək üçün Samiraldo ilə əlaqə saxlayıb. O qeyd edib ki, səhhətində problem olsa da, xəstəxanaya yerləşdirilməsi ilə bağlı deyilənlər doğru deyil: "Əhval-ruhiyyəm yaxşıdır. Fəsil dəyişdiyi üçün bir az səhhətimdə problem vardı.
Bakıda ağır yol qəzası baş verib. May.Az-in Lent.az-a istinadən məlumatına görə, Xəzər rayonu ərazisində, Mərdəkan-Buzovna yolunda "Toyota" markalı avtomobil yolu keçmək istəyən qadını vurub. Ağır xəsarət alan 40 yaşlı qadın hadisə yerindəcə keçinib. Faktla bağlı Xəzər rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
Bir neçə gün əvvəl Novxanı qəsəbəsi ərazisində Sumqayıtdan Bakıya işə gələrkən dəhşətli qəzaya düşən bacılardan ikincisi də bu gün vəfat etdi. Lent.az Sürəyya və Leyla Qəhrəmanova bacılarının qəzaya düşdüyü avtomobilin görüntülərini əldə edib. Hadisənin dəhşətini və məşumluğunu əks etdirən fotoları təqdim edirik. Qeyd edək ki, sentyabrın 15-də saat 08 radələrində Abşeron rayonunun Novxanı
Ötən həftənin şənbə günü Azərbaycan ərazisində 7 yol-nəqliyyat hadisəsi baş verib. May.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Məlumata görə, həmin hadisələr nəticəsində 8 nəfər ölüb, 13 nəfər yaralanıb.
Ağdamda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. May.Az-in Lent.az-a istinadən məlumatın görə, rayonun Üçoğlan kəndi ərazisində 1969-cu il təvəllüdlü Rəhimov Rais Budaq oğlunun idarə etdiyi "VAZ 2107” markalı 90 CN 324 dövlət nömrəli maşınla Kərimov Nurlan Yasir oğlunun idarə etdiyi BMW markalı 10 LC 524 dövlət nömrə nişanlı avtomobil toqquşub. Nəticədə "VAZ 2107”nin