UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunun son oyun günündə keçirilən altı görüşün ən yaxşı futbolçuları bəlli olub. Oxu.Az xəbər verir ki, "Fenoord" - "Bayer Leverkuzen" matçının ən yaxşı oyunçusu Florian Virts, "Srvena Zvezda" - "Benfika" görüşünün ən yaxşısı isə Anxel Di Maria seçiliblər. "Barselona"nın "Monako"ya məğlub olduğu qarşılaşmada fərqlənən futbolçu isə Corc İlenixena olub. Hesabın açılmadığı "Atalanta" - "Arsenal" matçının ən yaxşısı Ederson, "Atletiko Madrid" - "Leypziq" görüşünün ən yaxşısı isə Antoni Qrizman seçiliblər. "Brest" - "Şturm Qraz" görüşündə fərqlənən futbolçu isə Abdallah Sima olub. Qeyd edək ki, Liqa mərhələsinin ilk oyun gününün və ikinci oyun gününün ən yaxşı futbolçuları daha əvvəl elan edilmişdi.

"ÇL: Liqa mərhələsində ilk turun son oyun gününün ən yaxşı futbolçuları bəlli olub" Detayları

İlginizi çekebilecek filmler:

Yorumlar (0)
Bir yorumun minimum uzunluğu 50 karakterdir. Yorumlar denetlenir
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Henüz yorum yok. İlk siz olabilirsiniz!