16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Rusiyada yalançı imam 13 yaşlı qızla evləndi

Rusiyada yalançı imam 13 yaşlı qızla evləndi
Rusiyada yalançı imam 13 yaşlı qızla evləndi


Tatarıstanın Laşmanka kəndinin sakini, keçmiş imam Rəsul Salihov 13 yaşlı qızla nikah qıyıb. Qızın valideynlərinə isə bildirib ki, arvadı 16 yaşına çatmayanadək onunla cinsi əlaqədə olmayacaq.

MAY.AZ Sputnik Azərbaycan-a istinadən bildirir ki, zorlama faktına görə imamı dörd illik azadlıqdan məhrum etmə cəzası gözləyir.

Onların rəsmi toyu olmayıb, çünki respublikanın Ailə Məcəlləsi 14 yaşında olan qızla ailə qurmağa yalnız o, hamilə olarsa icazə verir. 2017-ci ildə imamlıq lisenziyası bitən Salihov 2018-ci ildə qanunları pozaraq özü öz nikahını qıyıb. Tatarıstanın Ruhani İdarəsi də həddi-büluğa çatmayan qızla nikaha görə kişini pisləyib.

Nikahdan sonra qız valideynləri ilə yaşayıb və əri ilə hərdən-bir görüşüb. Cütlük münasibətlərini camaat arasında bildirməsə də, qız məktəbli yoldaşlarına öz intim həyatı barədə danışıb. Rəfiqələrindən birinin anası əhvalatı eşidən kimi polisə müraciət edib.

Salihova Rusiya CM-nin 134-cü (16 yaşa çatmayan şəxslə cinsi əlaqə) maddəsi ilə ittiham irəli sürüblər və o, hazırda istintaq təcridxanasındadır. Qızın anasını isə valideyn öhdəliklərini yerinə yetirmədiyinə görə (CM-nin 156-cı maddəsi) ev dustağı ediblər. Ata isə hansısa möcüzə sayəsində məsuliyyətdən yaxa qurtara bilib.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница