22:45 Samirə Əfəndidən onu tənqid edənlərə cavab: "Peşman deyiləm" 22:44 Maşın bazarının Ağdama köçürülməsi xəbərinə - RƏSMİ REAKSİYA 22:39 Cənubi Qafqaz statistikası: Ən aşağı işsizlik göstəricisi Azərbaycanda 22:37 Uçuş zamanı bu kitablar narahatlığı aradan qaldırır 22:35 "Soyuq Əllər, İsti Ürək" yarmarkası bu gün AÇILIR 22:34 Azərbaycanlı müğənni yutubdan bir aya 28 900 AZN qazanıb 19:11 Pulumuzu hansına çevirək, DOLLAR, QIZIL, DAŞINMAZ ƏMLAK? - ekspert açıqladı 19:10 Koronavirus yenidən YAYILIB? - infeksionist AÇIQLADI 19:08 Bu rayonlarda torpaqlar ucuz qiymətə satışa çıxarıldı - SİYAHI 19:06 ABŞ-li jurnalist qadın: "Ağ Ev Makronun mənə qarşı sui-qəsd cəhdində iştirakını təsdiqlədi"

Ən faydalı meyvə və giləmeyvələr açıqlandı

Ən faydalı meyvə və giləmeyvələr açıqlandı

Limon, çiyələk, portağal, qreypfrut və böyürtkən insan üçün ən faydalı maddələrin maksimum miqdarını özündə ehtiva edir.

Oxu.Az-ın verdiyi məlumata görə, "William Paterson" Universitetinin alimləri apardıqları araşdırmadan sonra bu qənaətə gəliblər.

Mütəxəssislər 41 bitki məhsulunun tərkibini təhlil edərək, onlarda "A" və "B12" vitaminləri də daxil olmaqla 17 əsas qida maddəsinin miqdarını müqayisə ediblər.

Limon meyvələr arasında faydalı komponentlərin tərkibinə görə mütləq lider olub. Bu sitrus meyvəsi "C" vitamini ilə zəngin mənbədir (100 qram məhsulda 53 mq). Bundan əlavə, limon qəbulu orqanizmi immunitet sistemini gücləndirən və dərinin vəziyyətini yaxşılaşdıran kalium, maqnezium və liflərlə təmin edir.

Çiyələk də ekspertləri "C" vitamininin yüksək tərkibi ilə (100 qramda 62 mq) təəccübləndirib. Onun tərkibində əlavə olaraq qan yaranması üçün faydalı olan fol turşusu, kalsium və dəmir aşkar edilib.

Alimlərin sözlərinə görə, portağal immun sistemini gücləndirən və ürək-damar sağlamlığını qoruyan məhsul kimi öz reputasiyasını təsdiqləyib. O, hüceyrələrin və metabolizmin normal işləməsinə kömək edən "C" vitamini, kalium və maqneziumla zəngindir.

Qreypfrut görmə qabiliyyətinin yaxşılaşmasına və immun sisteminin güclənməsinə kömək edən "A" vitamini və beta-karotinin yüksək tərkibi ilə fərqlənib.

Böyürtkənin isə öz növbəsində hüceyrələrin qocalmasını ləngidən və xroniki xəstəliklərin qarşısını almağa kömək edən antosianlarla zəngin olduğu vurğulanıb.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница