08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

İlhamə Elşadqızı ağır ittihamla həbs edildi

İlhamə Elşadqızı ağır ittihamla həbs edildi

"TikTok"da əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməliyyatlarla tutulan şair İlhamə Elşadqızı da cinayət məsuliyyətinə cəlb edilib.

BiG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, son vaxtlar çıxışları ilə qınaq obyektinə çevrilən tiktokçu Cinayət Məcəlləsinin 234.1-1 (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham edilir. Onun istintaqdan gizlənmək ehtimalı da nəzərə alınaraq azadlıqda qalması əsaslı hesab edilməyib.

Yasamal Rayon Məhkəməsinin qərarı ilə İlhamə Elşadqızı barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

O, verilmiş ittihamla təqsirli bilinərsə, 8 ilə kimi azadlıqdan məhrum edilə bilər.

Qeyd edək ki, "TikTok" əməliyyatı polis tərəfindən keçirilib. Əvvəlki günlərdə aparıcı Azər Zahid və daha bir neçə nəfər cinayət ittihamı ilə həbs edilib.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница