Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA - 12.07.2024
Cəmiyyət 13

Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA - 12.07.2024

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Bu barədə Oxu.Az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

İyulun 12-si saat 9:00-a olan məlumata görə, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, qısamüddətli leysan xarakterli yağış yağıb.

Düşən yağıntının miqdarı Lazada (Qusar) 13 mm, Şəki, Qax, Şahdağ, Qrız, Balakən, Gədəbəy, Şəmkir, Qəbələ, Zaqatala, Balakən, Tərtər, Yevlaxda 5 mm-dək olub.

Şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq Neftçalada 20 m/s, Goranboyda 19 m/s, Balakəndə 18 m/s, Bakıda və Abşeron yarımadasında 17 m/s, Şirvan, Naftalanda 16 m/s, Zaqatalada 15 m/s-dək güclənib.

Qrız, Şahdağda duman müşahidə olunub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 38, Aran rayonlarında 40, dağlıq rayonlarda 31 dərəcəyədək isti olub.



Son xəbərlər