16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Gəncə terrorunda valideynlərini itirən Sevilə xüsusi təqaüd veriləcək - FOTO

Gəncə terrorunda valideynlərini itirən Sevilə xüsusi təqaüd veriləcək - FOTO
Vətən müharibəsi dövründə Ermənistanın Gəncə şəhərini bombalaması nəticəsində hər iki valideynini itirən və hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi adını qazanan Sevil Əliyevaya təhsil aldığı illər ərzində xüsusi təqaüd veriləcək.
Bu barədə "Qafqazinfo"ya universitetin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Aqrar Universitetin rektoru İbrahim Cəfərovun təşəbbüsü ilə Universitetin Elmi Şurasının qərarı ilə büdcədənkənar vəsait hesabına tələbəyə hər ay 150 manat məbləğində təqaüd veriləcək.
Qeyd edək ki, S. Əliyeva universitetin Aqrar İqtisadiyyat fakültəsinə qəbul olunub. Ötən gün universitetin rektoru yüksək bal toplamış tələbələrlə, o cümlədən S. Əliyeva ilə görüşüb, ona tələbə biletini təqdim edib və planşetlə mükafatlandırıb.
Xatırladaq ki, ötən il oktyabrın 11-də Gəncəyə atılan raket mərmisi nəticəsində 16 yaşlı Sevil və səkkiz yaşlı qardaşı Hüseyn hər iki valideynini itirib. Onların valideynləri - Nurçin və Anar Əliyevlər dağıntı altında qalaraq həyatlarını itirib.





Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница