Bakıda zibillikdən 120 kq-dan artıq pul tapıldı
---
В закладки
Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodunda görülmüş işlər 2016-cı il ərzində çeşidləmə zavodunda Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təhvil verilən tullantıların həcminə müvafiq olaraq 84 min 496,68 ton tullantı qəbul edilib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bundan 51 min 977,20 ton orqanik (yararsız) tullantı ayrılaraq yerləşdirilməsi üçün Balaxanı poliqonuna göndərilib, qalan 32 min 519,48 ton tullantının çeşidlənməsi nəticəsində 6 min 424,77 ton xammal ayrılıb və təkrar emala yönəldilib. Ayrılan xammalın miqdarının artırılması üçün müvafiq tədbirlər görülür.
Bununla yanaşı, zavodda 2016-cı ildə çeşidləmə zamanı tapılmış müxtəlif sənədlər (şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, diplom, hərbi bilet və s.) toplanılaraq Bakı Şəhər Baş Polis İdarəsinin Tapıntılar bürosuna, müxtəlif nominalda tapılmış 120 kq-dan artıq xırda pul toplanılaraq Azərbaycan Mərkəzi Bankına təhvil verilib.
Комментарии (0)
Azərbaycanda 2017-2020-ci illərdə çimərliklərdə ətraf mühitin mühafizəsinə dair kompleks tədbirlər həyata keçiriləcək. BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu,
Dünəndən başlayaraq DİN Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Sistemində (dyp.gov.az), ASAN xidmətin Asanpay.az saytında və Daxili İşlər Nazirliyinin
Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı qadınlarla yanaşı kişilər də müraciət edir. Qurumun İnformasiya və
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Unikal.org-a verilən məlumata görə, oktyabr ayının 18-də gecə radələrində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları







