16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Diş daşının təmizlənməsi - VİDEO

Diş daşının təmizlənməsi - VİDEO
Diş daşının təmizlənməsi - VİDEO



Hər qida qəbulundan sonra ağız boşluğunda qidanın mikroskopik artıqları qalır.

Bu ağız boşluğunda yaşayan mikroblar üçün qida mənbəyidir. Bakteriyaların ən xoşladığı qidalar - şirniyyatlar və un məmulatlarıdır. Ağız boşluğu gigiyenasına ciddi riayət etmədikdə bakteriyaların sayı sürətlə çoxalır, onlar dişlərə daha möhkəm yapışır və böyük koloniyalar yaradır. Nəticədə dişlərin üzərində diş daşı əmələ gəlir.

Diş daşı həm damağın üzərində, həm də damağın altında yığılır. Bir çox hallarda diş daşı dişlərin arxa tərəflərində yığılır.

Vaxtında təmizlənməmiş diş daşı müxtəlif diş və damaq problemlərinə səbəb olur - damaqların iltihabları, karies, dişlərin laxlanması və tökülməsi.

Diş daşını yalnız həkim stomatoloq əsaslı şəkildə təmizləyə bilər. Əvvəllər diş daşı xüsusi iti alətlə küretlə təmizlənirdi. Lakin hal hazırda bu üsuldan çox nadir hallarda istifadə olunur. Müasir stomatologiyada diş daşı əsasən ultrasəslə təmizlənilir. Prosedur "skaylinq" da adlandırılır. Skaylinq tam ağrısızdır.

Diş daşı təmizləndikdən sonra dişlər cilalanır və daha sonra dişlərə tərkibində ftor olan xüsusi lak çəkilir.

Hər bir insan ildə 2 dəfədən az olmayaraq stomatoloqun müayinəsindən keçməlidir.



Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница