Dünyada yeganə olan avtomobil hərraca çıxarılacaq
27-03-2025, 21:11
Авторизуйтесь или зарегистрируйтесь, чтобы оценивать материалы, создавать записи и писать комментарии.
Авторизоваться
Nadir "2010 Mercedes-Benz SLR McLaren Stirling Moss" iyulun 27-də Almaniyanın Teqernsi şəhərində keçiriləcək "RM Sotheby's" auksionunda satışa çıxarılacaq.
Bu model Stirlinq Mossun 1955-ci ildə "Mille Miglia"dakı qələbəsi şərəfinə hazırlanıb.
Avtomobildən cəmi 75 ədəd buraxılıb.
"Mercedes-Benz SLR McLaren" "Formula-1" komandası ilə birlikdə yaradılıb. Avtomobil 1999-cu ildə konsept olaraq təqdim edilib, 2003-cü ildə isə onun istehsalına başlanılıb.
Nadir nəqliyyat vasitəsinin kapotu altında 460 kVt (626 at gücü) hasil edən 5,4 litrlik V8 mühərriki var. Sınaqlar zamanı bu avtomobil 100 km/saata 3,3 saniyəyə sürətlənib.
Onun hərracdakı planlaşdırılan qiyməti 3,2-3,8 milyon avro aralığındadır.



27-03-2025, 21:11
23-09-2024, 07:57
29-08-2024, 07:23
19-08-2024, 08:33
2-01-2022, 12:39
Комментариев нет